Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 228 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 228 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib. Aktiv xəstə sayı 3406 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 min 391 test aparılıb.

2020-06-08