Azərbaycanda koronavirusa daha 352 yoluxma faktı qeydə alınıb, 210 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 352 yoluxma faktı qeydə alınıb, 210 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 352 yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib. Aktiv xəstə sayı 3844 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 min 654 test aparılıb. Bugünkü test sayı isə 6622-dir.

2020-06-11