Azərbaycanda koronavirusa daha 336 yoluxma faktı qeydə alınıb, 183 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 336 yoluxma faktı qeydə alınıb, 183 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 336 yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib. Aktiv xəstə sayı 3992 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 min 254 test aparılıb. Bugünkü test sayı isə 5600-dür.

2020-06-12