Rusiyadan çarter reysi ilə daha 152 nəfər Azərbaycana gətirilib

Rusiyadan çarter reysi ilə daha 152 nəfər Azərbaycana gətirilib

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.

2020-06-17