Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyunun 21-i səhər saatlarından etibarən şəhərin mərkəzindəki və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.

2020-06-19