Sərt karantin rejiminin tətbiq ediləcəyi bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq

Sərt karantin rejiminin tətbiq ediləcəyi bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq

Sərt karantin rejiminin tətbiq ediləcəyi bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, bildirib ki, əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, bu dəfə sərt karantin rejimi dövründə parkların və bulvarın açıq olacağına görə “SMS icazə” sistemi ilə çıxışa imkan verilən müddət ərzində həmin ərazilərə getmək mümkün olacaq. İnsanların sıx toplaşmaması üçün həmin məkanlara getmə saatları tənzimlənəcək.

2020-06-18