Koronavirusa yoluxmuş və xəstəliyi yüngül keçirən şəxslər üçün “Deksametazon” dərmanını qəbul etmək təhlükəlidir

Koronavirusa yoluxmuş və xəstəliyi yüngül keçirən şəxslər üçün “Deksametazon” dərmanını qəbul etmək təhlükəlidir

“Deksametazon” dərmanı yalnız ağır xəstələrin müalicəsində istifadə edilir. Bu dərmandan istifadə yeni deyil.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu virusa yoluxmuş və xəstəliyi yüngül keçirən şəxslər üçün həmin dərmanı özbaşına qəbul etmək təhlükəlidir.

Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə həmin dərmandan nəzarətsiz istifadə etməyin ağır xəstələrin sayını artıra biləcəyini söyləyib: “Bu gün apteklərdə “Deksametazon”un tükənməsi xəbərini aldıq. Bu, yolverilməzdir və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər”.

2020-06-18