Koronavirus xəstələrinin sağalma müddəti uzanır

Koronavirus xəstələrinin sağalma müddəti uzanır

Son günlərdə koronavirusa görə müalicə alan xəstələrin sağalma müddətinin uzanması halları müşahidə olunur. Belə ki, əgər əvvəllər assimptomatik, yəni simptomları olmayan və ya zəif olan şəxslərdə yeddi günə neqativləşmə qeydə alınırdısa, hazırda bu proses gec gedir. Orta sağalma müddəti 12-14 günədək uzanır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Nəticədə yeni yoluxanlarla sağalanların sayı arasında çox ciddi fərq yaranır, tibb müəssisələrində qalan xəstələrin sayı artır. Bu da xəstəxanaların üzərinə ciddi yük düşməsinə səbəb olur”, - deyə R.Bayramlı qeyd edib.

2020-06-18