Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.

2020-06-18