BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq

BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq

BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkədə yeni layihənin icrasına başlayacaq. Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan insanların məşğuliyyətinin təmin edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, layihəyə, həmçinin sağlamlıq imkanları məhdud insanlara qarşı cəmiyyətdə münasibətin dəyişməsi, onların cəmiyyətimizə sağlam inteqrasiyası kimi məsələlər daxildir. Layihənin tezliklə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin büdcəsi təqribən 3-4 milyon manat olacaq.

2019-01-23