Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın təxliyəsi üçün tədbirlər görür

Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın təxliyəsi üçün tədbirlər görür

Azərbaycanın Gürcüstandakı səfirliyi 180-nə yaxın Azərbaycan vətəndaşının ölkəmizə qayıtmasını təmin edəcək.

AZƏRTAC xəbər verir ki, təxliyə olunacaq həmin şəxslər iyunun 22-də Azərbaycanın Gürcüstandakı səfirliyində koronavirusun müəyyənləşməsi üzrə test veriblər. Testlərin nəticələri günün ikinci yarısında müəyyənləşəcək.

Vətəndaşlarımız iyunun 23-də saat 10:00-da səfirliyin qarşısından avtobuslar vasitəsilə “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

2020-06-22