2018-ci ildə Heydər Əliyev adına NEZ-in ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

2018-ci ildə Heydər Əliyev adına NEZ-in ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Heydər Əliyev adına neft emalı zavodu (NEZ) ötən il 1 milyon tonadək neft məhsulları ixrac edib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə NEZ-də neft məhsullarının satış planı 100,8 faiz yerinə yetirilib. İl ərzində ümumi neft məhsullarının satışı 5 milyon 431,8 min ton təşkil edib. Bunun 4 milyon 462,4 min tonu respublika daxilində realizə olunub və 969,4 min tonu isə ixrac olunub. Belə ki, ümumi satışda ixracın payı 17,8 faiz təşkil edib. Zavodda istehsal olunan mühərrik yanacaqlarının 12,5 faizi xarici bazarda satılıb.

 

2019-01-24