Prezident dövlət qulluqçularını təltif edib

Prezident dövlət qulluqçularını təltif edib

Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 3 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 169 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2020-06-23