Dəniz nəqliyyatçıları təltif olunub

Dəniz nəqliyyatçıları təltif olunub

Azərbaycanın dəniz nəqliyyatı işçiləri təltif edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə iki nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

Ölkə başçısı, həmçinin “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə beş nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi”, 7 nəfər isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə medalı ilə təltif olunub.

2020-06-29