Bakı metrosunda daha iki yeni qatar bu gün xəttə buraxılacaq

Bakı metrosunda daha iki yeni qatar bu gün xəttə buraxılacaq

“Bakı Metropoliteni” QSC-nin sifarişi ilə iyunun 8-də gətirilən 4 yeni qatardan 2-si bu gün xəttə buraxılacaq.

AZƏRTAC xəbər verir ki, həmin qatarlar “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edəcək. Digər iki qatarda sazlanma işləri yekunlaşmaq üzrədir. Sınaq və tənzimləmə işləri yerinə yetirildikdən sonra onlar da yaxın günlərdə xəttə buraxılacaq. Bununla da yeni qatarlar 15-ə çatacaq.

Qeyd edək ki, ötən il “Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır.

2020-06-29