Almaniya indiyədək Azərbaycan iqtisadiyyatına yarım milyard dollardan çox investisiya yatırıb

Almaniya indiyədək Azərbaycan iqtisadiyyatına yarım milyard dollardan çox investisiya yatırıb

Bu vaxtadək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 570 milyon ABŞ dollarından çox investisiya qoyulub. Həmin investisiyanın böyük hissəsi əsasən qeyri-neft sektoruna yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən 154 alman kapitallı şirkət müxtəlif layihələrə podratçı qismində qoşulub.

2019-01-31