Düşmənin bir neçə hərbi obyekti, texnikası və 20-dən çox şəxsi heyəti məhv edilib
![Düşmənin bir neçə hərbi obyekti, texnikası və 20-dən çox şəxsi heyəti məhv edilib](/uploads/news/5f0d77de8eb18.jpg)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bir neçə hərbi obyektinin və texnikasının darmadağın edilməsi ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.
2020-07-13