Müdafiə Nazirliyi: Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib

Müdafiə Nazirliyi: Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib

İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

2020-07-16