Həmvətənlərimiz Varşavada erməni təxribatının qarşısını alıblar

Həmvətənlərimiz Varşavada erməni təxribatının qarşısını alıblar

Polşada yaşayan 30-35 nəfərdən ibarət bir qrup erməni təxribat məqsədilə Azərbaycanın Varşavadakı səfirliyinin qarşısına toplaşıb.

AZƏRTAC xəbər verir ki, Varşavadakı həmvətənlərimiz bu təxribatın önünü mütəşəkkil şəkildə alıblar. Çoxlu sayda azərbaycanlı səfirliyimizin önünə gələrək ermənilərin bu təxribatına qarşılıq veriblər. Əllərində Azərbaycan bayrağı olan həmvətənlərimiz himnimizi, “Əsgər marşı”nı, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyublar.

Aksiya dinc şəkildə həyata keçirilib. Azərbaycan tərəfi səfirliyimizin qarşısında canlı sədd quraraq ermənilərin yaxınlaşmasına imkan vermirlər. Eyni zamanda həmvətənlərimiz təxribata səbəb ola biləcək addımlardan uzaq dururlar. Bu dəqiqələrdə davam edən aksiya Varşava polisi tərəfindən qorunur.

2020-07-16