Rusiyanın Xarici İşlər nazirinin müavini Azərbaycan səfiri ilə görüşüb

Rusiyanın Xarici İşlər nazirinin müavini Azərbaycan səfiri ilə görüşüb

İyulun 16-da Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Rusiya XİN-in mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin və regional təhlükəsizliyin aktual məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sərhədində cari vəziyyət müzakirə edilib.

Hər iki tərəfin yeni koronavirus infeksiyasının qarşısının alınması və fəsadlarının aradan qaldırılması, həmçinin iki ölkənin vətəndaşlarının vətənə qayıtmalarına kömək göstərilməsi problemləri üzrə sıx qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmində olması təsdiqlənib. Postkoronavirus dövründə müxtəlif sahələrdə əməkdaşlıq planları nəzərdən keçirilib.

2020-07-16