Ermənistanın Azərbaycanla sərhəddəki hərbi təxribatları ilə əlaqədar soydaşlarımız Londonda etiraz aksiyası keçiriblər

Ermənistanın Azərbaycanla sərhəddəki hərbi təxribatları ilə əlaqədar soydaşlarımız Londonda etiraz aksiyası keçiriblər

İyulun 17-də Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri Ermənistanın Londondakı səfirliyi qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsinə etiraz olaraq aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, 150 nəfərədək soydaşımızın iştirak etdiyi aksiyaya Britaniyadakı türk icmasının üzvləri də qoşulublar.

Aksiya zamanı “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, Qarabağdan rədd ol!” , “Biz sülh və ədalət istəyirik” və sair şüarlar səsləndirilib.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, dinc aksiya zamanı Ermənistanın Britaniyadakı vətəndaşları müxtəlif təxribat xarakterli hərəkətlərə cəhd etsələr də, soydaşlarımız təmkinlilik göstəriblər.

Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə aksiyadan öncə və sonra soydaşlarımızla səfirlikdə görüş keçirib.

2020-07-17