Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunur
![Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunur](/uploads/news/5f11cf64d37eb.jpg)
Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.
Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
2020-07-17