Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil ediblər

Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil ediblər

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər.

Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanadada yaşayan azərbaycanlılar müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.

Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.

Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.

2020-07-20