Azərbaycan məhsulları Moskvada “Prodexpo 2019” sərgisində nümayiş edilir

Azərbaycan məhsulları Moskvada “Prodexpo 2019” sərgisində nümayiş edilir

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə Azərbaycan məhsulları Rusiyanın paytaxtı Moskvada təşkil edilən “Prodexpo 2019” sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə qida, şərab və spirtli içkilər sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edir. “Prodexpo 2019” sərgisi fevralın 15-dək davam edəcək.

2019-02-11