Nadir Zeynalov: Azərbaycanda COVID-19-a təkrar yoluxma halı qeydə alınmayıb
Azərbaycanda koronavirusa təkrar yoluxma halı qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, bu günə qədər dünya üzrə COVID-19-a təkrar yoluxma halları daha çox laborator diaqnostikada olan qüsurlarla bağlıdır: “Hələ ki, COVID-19-a təkrar yoluxmanın rəsmi təsdiq olunmuş halları ilə tanış deyilik”.
2020-07-20

