Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Kral Filipi təbrik edib

Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Kral Filipi təbrik edib

Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Kral Filipə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

2020-07-20