TRT şirkətinin Macarıstandakı redaksiyası Budapeştin mərkəzində keçirilən Azərbaycana dəstək mitinqindən yazıb

TRT şirkətinin Macarıstandakı redaksiyası Budapeştin mərkəzində keçirilən Azərbaycana dəstək mitinqindən yazıb

Türkiyə Teleradio Şirkətinin (TRT) Macarıstandakı redaksiyası Azərbaycana, onun xalqına, hökumətinə və ordusuna dəstək əlaməti olaraq Budapeştin mərkəzində keçirilmiş mitinq barədə məlumat yayıb

(bax: https://www.trt.net.tr/magyar/nagyvilag/2020/07/18/az-ormeny-agresszio-es-hegyi-karabah-megszallasa-ellen-tuntettek-budapesten-1457491).

AZƏRTAC-ın xüsusi müxbirinin əməkdaşlığı və informasiya təminatı ilə hazırlanmış materialda Ermənistan- Azərbaycan qarşıdurmasının mahiyyəti, təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqlarının işğalı barədə məlumat verilir.

Materialda vurğulanır ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağı Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi tanıyır.

2020-07-20