Vaşinqtonda Azərbaycan icmasının erməni təcavüzünə qarşı növbəti etiraz aksiyası keçirilib

Vaşinqtonda Azərbaycan icmasının erməni təcavüzünə qarşı növbəti etiraz aksiyası keçirilib

İyulun 20-də ABŞ-dakı Azərbaycan icmasının üzvləri ordumuza dəstək məqsədilə Konqresin qarşısına toplaşıblar. Sonra Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi və Ermənistanın Azərbaycana qarşı 30 ildən çox davam edən təcavüzü ilə bağlı üçüncü etiraz aksiyası keçirilib.

Massaçusets, Nyu-York, Nyu-Cersi, Miçiqan, İllinoys və digər ştatlardan 200-dən çox icma üzvü Konqresin binasının önündə Azərbaycan bayraqlarını dalğalandırıb ordumuza dəstəklərini ifadə ediblər.

Daha sonra yürüş iştirakçıları Ermənistanın Vaşinqton səfirliyi önündə toplaşıb etirazlarını bildiriblər. Ermənistanın terrorçu və təxribatçı dövlət olduğunu deyən soydaşlarımız “Qarabağ Azərbaycanındır!”, “Ermənistan mülki insanların və uşaqların qatilidir!”, “Biz hamımız Poladıq!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!” şüarlarını səsləndiriblər.

2020-07-21