Azərbaycan ilə Latviya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Latviya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın latviyalı həmsədri - Latviya Respublikasının Nəqliyyat naziri Talis Linkaits ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra məsələlər - iki ölkə arasında tranzit-ticarət, biznes və sərmayələrin təşviqi, müqavilə-hüquq bazasının genişləndirilməsi, mədəniyyət, turizm və digər sahələrdə
 əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və işgüzar dairələr arasında birgə təmasların təşviqinə qarşılıqlı razılıq ifadə edilib.

2020-07-22