Dənizçilərə yubiley medalı təqdim edilib

Dənizçilərə yubiley medalı təqdim edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən əməkdaşlara medallar təqdim olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Yubiley medalına layiq görülənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini qeyd ediblər.

2019-02-12