Türkiyə Milli Təhlükəsizlik Şurası: Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir

Türkiyə Milli Təhlükəsizlik Şurası: Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir

İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantısı ilə bağlı yayılan məlumatda yer alıb. Bildirilir ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir.

Məlumatda, həmçinin qeyd olunur ki, dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır. Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır.

2020-07-22