Azərbaycanda koronavirusdan daha 504 nəfər sağalıb, 391 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusdan daha 504 nəfər sağalıb, 391 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 504 nəfər sağalıb, 391 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Ötən müddət ərzində 649 min 953 test aparılıb. Bugünkü test sayı isə 8221-dir.

2020-07-22