Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi yeni açıqlama yayıb

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi yeni açıqlama yayıb

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi yeni açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada iyulun 22-də Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin, Avropa İttifaqı yanında nümayəndəliyinin inzibati binası önündə Belçika erməniləri təşkilatının təşviqi ilə radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının və təxribatların tam və dəqiq araşdırılması, törədilən cinayət əməllərinin hüquqi qiymətləndirilməsi və erməni cinayətkarlarının cəzalandırılması üçün səfirlik tərəfindən hüquqi və diplomatik müstəvidə bütün zəruri tədbirlərin görüldüyü bildirilir.

“Eyni zamanda, doğma azərbaycanlılarımızı qətiyyən erməni təxribatlarına uymamağa, Belçika qanunvericiliyinə əsasən davranmağa çağırırıq. Azərbaycan hüquqi dövlətdir. Azərbaycan xalqı bütün dünya dövlətlərində öz haqq sözünü beynəlxalq və yerli qanunvericiliyə istinadən çatdırır”, - deyə açıqlamada qeyd olunur.

2020-07-24