Azərbaycanda koronavirusdan daha 531 nəfər sağalıb, 347 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusdan daha 531 nəfər sağalıb, 347 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 531 nəfər sağalıb, 347 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7615 nəfərdir.

Ötən müddət ərzində 658 min 782 test aparılıb. Bugünkü test sayı isə 8829-dur.

2020-07-23