Macarıstanda təhsil alan azərbaycanlı tələbələr “airbnb.com” saytının rəhbərliyinin adına petisiyanı imzalamağa səsləyirlər

Macarıstanda təhsil alan azərbaycanlı tələbələr “airbnb.com” saytının rəhbərliyinin adına petisiyanı imzalamağa səsləyirlər

Macarıstanda təhsil alan azərbaycanlı tələbələr sayıqlıq göstərərək internetdə ermənilərin növbəti alçaq provokasiyasını aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, istifadəçilərinin əsasən bahalı mehmanxanalarda yerləşməyə imkanı olmayan az büdcəli turistlərin olduğu “airbnb.com” saytı turistlərə (?) Azərbaycanın işğal edilmiş ərazilərində kirayə evlər təqdim edilməsi barədə reklam yerləşdirib.

Tələbələr vaxt itirmədən, “airbnb.com” saytının menecmentinin ünvanına Dağlıq Qarabağdakı bütün daşınmaz əmlak obyektlərinin bu saytda yerləşdirilən reklamlarını dərhal çıxarmaq tələbi ilə petisiya tərtib ediblər.

Tələbələr dünyanın hər bir yerində yaşayan soydaşlarımıza bu linkdə yerləşən petisiyanı imzalamaq çağırışı ilə müraciət edirlər: https://www.change.org/p/airbnb-remove-illegal-airbnb-listings-in-nagorno-karabakh

2020-07-28