Almaniyanın internet portalı azərbaycanlı alimin daha bir məqaləsini dərc edib

Almaniyanın internet portalı azərbaycanlı alimin daha bir məqaləsini dərc edib

Almaniyanın ostexperte.de internet portalında azərbaycanlı alim Asif Məsimovun “Ermənistan və Azərbaycan arasındakı gərginliyin səbəbləri” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2016-cı ilin aprelində baş verən döyüşlər və Ermənistan tərəfinin məğlubiyyəti nəticəsində erməni xalqının öz hökumətinə inamını itirdiyi və bundan sonra Paşinyanın hakimiyyətə yolunun açıldığı qeyd olunur. Bildirilir ki, məxməri inqilabdan sonra Ermənistanda heç bir iqtisadi irəliləyiş yoxdur və Paşinyan hökuməti ictimai fikri bu məsələlərdən yayındırmaq üçün Azərbaycanla sərhəddə hərbi təxribata əl atıb.

Vurğulanır ki, Ermənistan rəhbərliyi bu təxribatı törətməklə (mümkün halda qələbə qazanmaqla) özünün güclü hökumət imicini möhkəmləndirmək niyyəti güdüb. Müəllif işğalçı ölkənin Tovuz istiqamətində təxribata əl atmasının digər səbəblərini onsuz da gərgin olan Ermənistan-Türkiyə münasibətlərində, ATƏT-in Minsk qrupu həmsədrlərinin apardığı sülh prosesinin nəticə verməməsində, həmçinin Ermənistanın Tovuz ətrafında yerləşən mühüm enerji və nəqliyyat qovşaqlarını nəzarətə almaqla Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək istəməsində görür.

Məqalədə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, lakin icra olunmayan müvafiq qətnamələrindən və danışıqlarda müzakirə edilən “Madrid prinsiplərindən bəhs olunur.

2020-08-02