Azərbaycanda koronavirusdan daha 714 nəfər sağalıb

Azərbaycanda koronavirusdan daha 714 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 714 nəfər sağalıb, 318 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 31 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 min 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib. Aktiv xəstə sayı 5548 nəfərdir.

Ötən müddət ərzində 724 min 953 test aparılıb. Bugünkü test sayı isə 7789-dur.

2020-07-31