Azərbaycanda koronavirusdan sağalanların sayı 25 mini ötüb

Azərbaycanda koronavirusdan sağalanların sayı 25 mini ötüb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 673 nəfər sağalıb, 339 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 31 min 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 min 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib. Aktiv xəstə sayı 5951 nəfərdir.

Ötən müddət ərzində 717 min 164 test aparılıb. Bugünkü test sayı isə 8532-dir.

2020-07-30