Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib
![Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib](/uploads/news/5f27d1b123e5a.jpg)
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.
2020-07-30