Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək

Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək

Fevralın 17-21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2019” beynəlxalq qida sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

2019-02-15