Prezidentin köməkçisi: Müsbət dinamikanın daha yaxşı məcraya yönəldilməsi üçün bundan sonra da səylərimizi davam etdirməliyik

Prezidentin köməkçisi: Müsbət dinamikanın daha yaxşı məcraya yönəldilməsi üçün bundan sonra da səylərimizi davam etdirməliyik

Əldə olunmuş müsbət dinamikanın saxlanılması və daha yaxşı məcraya yönəldilməsi üçün bundan sonra da səylərimizi davam etdirməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: “Virus hələ də yaşayır və təcrübə onu göstərir ki, yumşalmaya gedildikdə yenidən alovlanma tendensiyaları müşahidə olunur. Dünya xəritəsinə baxsaq Cənub-Şərqi Asiya ölkələrində nəinki ikinci hətta üçüncü alovlanma halları baş verməkdədir. Avropa İttifaqına üzv ölkələrdən də yeni xəbərlər gəlir. Hətta sərhədlərin yenidən bağlanması kimi hallar da göz önündədir”.

Prezidentin köməkçisi qeyd edib ki, ölkəmizdə əldə olunan müsbət dinamikanın saxlanması üçün fərdi və ictimai məsuliyyət, qəbul olunan qərarlara riayət olunması əsasında birgə fəaliyyətimizin davam etdirilməsi vacibdir.

2020-08-03