Hannover şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
![Hannover şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib](/uploads/news/5f2a86892e2a7.jpg)
Almaniyanın Hannover şəhərində qüdrətli Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən “Bakı” Alman-Azərbaycan Dostluq cəmiyyətinin sədri Rəbiyə Nəbiyevanın və Bilfeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq cəmiyyətinin sədri Təranə Tağıyevanın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Aksiya zamanı Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.
2020-08-04