Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 360 nəfər sağalıb, 105 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 56 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib. Aktiv xəstə sayı 2937 nəfərdir.

Ötən müddət ərzində 779 min 508 test aparılıb. Bugünkü test sayı isə 6457-dir.

2020-08-08