Azərbaycanda koronavirus infeksiyasından daha 214 nəfər sağalıb, 84 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından daha 214 nəfər sağalıb, 84 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 214 nəfər sağalıb, 84 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib. Aktiv xəstə sayı 2380 nəfərdir.

Ötən müddət ərzində 796 min 459 test aparılıb. Bugünkü test sayı isə 6318-dir.

2020-08-11