Azərbaycanda koronavirus infeksiyasından daha 167 nəfər sağalıb, 124 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından daha 167 nəfər sağalıb, 124 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 167 nəfər sağalıb, 124 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 42 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib. Aktiv xəstə sayı 1793 nəfərdir.

Ötən müddət ərzində 836 min 908 test aparılıb. Bugünkü test sayı isə 5153-dür.

2020-08-17