Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Sərəncamı ilə 3 nəfərə “general-leytenant”, 2 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Prezidentin digər sərəncamları ilə bir nəfərə “Əməkdar həkim”, bir nəfərə “Əməkdar tibb işçisi”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 5 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfər “Vətən uğrunda”, 8 nəfər “İgidliyə görə”, 23 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2020-08-17