Azərbaycanda COVID-19-dan daha 162 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

Azərbaycanda COVID-19-dan daha 162 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 162 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 1747 nəfərdir.

Ötən müddət ərzində 849 min 628 test aparılıb. Bugünkü test sayı isə 6359-dur.

2020-08-19