Azərbaycanda koronavirus infeksiyasına daha 169 yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 169 yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 169 yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib. Aktiv xəstə sayı 1763 nəfərdir.

Ötən müddət ərzində 873 min 777 test aparılıb. Bugünkü test sayı isə 5432-dir.

2020-08-23