Azərbaycanda koronavirus infeksiyasına daha 184 yoluxma faktı qeydə alınıb, 160 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 184 yoluxma faktı qeydə alınıb, 160 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 184 yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib. Aktiv xəstə sayı 1748 nəfərdir.

Ötən müddət ərzində 868 min 345 test aparılıb. Bugünkü test sayı isə 6557-dir.

2020-08-22