Azərbaycanda koronavirusa 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər sağalıb

Azərbaycanda koronavirusa 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 188 yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir.

Ötən müddət ərzində 910 min 890 test aparılıb. Bugünkü test sayı isə 6384-dür.

2020-08-29